Yuxarı

Gürcüstanda əhalinin sayı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda 2024-cü üzrə əhalinin siyahıyaalınmasının ilkin nəticələri məlum olub.

Axar.az xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü il noyabrın 14-nə olan vəziyyətə görə, ölkə əhalisinin sayı 3 milyon 914 min nəfər təşkil edib.

Əhalinin 2 milyon 78 min nəfərini (təxminən 53 faiz) qadınlar, 1 milyon 836 min nəfərini (47 faiz) isə kişilər təşkil edir.

Bundan başqa, əhalinin 2 milyon 423 min nəfəri (62 faiz) şəhərlərdə, 1 milyon 491 min nəfəri isə (38 faiz) kənd yerlərində yaşayır. Regionlar üzrə isə Tbilisi istisna olmaqla, şəhər tipli yaşayış məntəqələrində ən yüksək pay sahibi Acarıstandır (66 faiz).

Əhalinin şəhərdə yaşama göstəricisi Mtsxeta-Mtianetidə 20 faiz, Kaxetidə 21 faiz, Raça-Leçxumi və Kvemo Svanetidə isə 24 faiz təşkil edir.

Siyahıyaalmanın nəticələrinə görə, Tiflisdə Gürcüstan əhalisinin 34 faizi yaşayır. Əhalinin sayına görə ikinci yerdə İmereti (12,9 faiz), üçüncü yerdə isə Kvemo Kartli (11,2 faiz) qərarlaşıb.

Tarix
2025.06.25 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »