13:15
Bərdədə iki qadın qidadan zəhərlənib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a bildirilib ki, ötən gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.
***
Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb.
Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.