Yuxarı

Bakıya oğurluq üçün gələn gürcülər yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kaxaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar.

Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2025.06.26 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Britaniya deputatlarına etiraz...

Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...

Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma

Ermənistan XİN-dən Azərbaycanla bağlı açıqlama

Türkiyə MN Azərbaycan Ordusunu təbrik etdi

İran-İsrail qarşıdurması bitdi: Əliyev Pezeşkianı təbrik etdi

Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »