Yuxarı

Yük avtomobili sürücülərinin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır. Paytaxtın Ziya Bünyadov, Tiflis prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görünüş dairəsində bu ilin yanar-may ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobili yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir".

Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir.

Tarix
2025.06.17 / 09:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »