Yuxarı

Kiyevdən Rusiya bəyanatı: Ən böyük hücumlardan biri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi, onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyaya təzyiqi artırmağı tələb edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib.

“Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf aldılar.

Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq, xüsusən də ABŞ-ın sülh səylərinə tamamilə məhəl qoymadığını nümayiş etdirir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Rusiya ordusu Kiyevə raket və PUA-larla hücum edib. Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralının olduğunu bildirib.

Tarix
2025.06.18 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »