
Naməlum dronlar Rəştə hücum etdi
01:04
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
2025.06.22. 14:21
İranın xarici işlər naziri Abbas Arakçı Moskvaya gəlib və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Abbas Arakçı ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.
“Biz İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsini təsdiq edirik”, - diplomat bildirib.
Tarix
2025.06.23 / 00:30
|
Müəllif
Axar.az
|