Yuxarı

Eyyubovun vəzifədən getməsi… - Sabiq nazir hər şeyi açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.

Bu dəyişiklik müxtəlif müzakirələrə səbəb olub və ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Axar.az xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanovl Globalinfo.az-a açıqlamasında Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib:

“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona və ailəsinə sadiq bir adamdır. Bəylər Eyyubov evini, ailəsini, hər kəsi bir yana qoyub, Ulu öndəri bir yana. Daima onu qoruyub, onu qoruyanlara rəhbərlik edib. Ölkə başçımız bütün bunları bilir. Qeyd edim ki, bu ailə – Heydər Əliyevin ailəsi çox qədirbilən ailədir. Kimsə bu ailə üçün hər hansı bir addım atıbsa, onun qədri həmişə bilinib və dəyərləndirilib”.

Misir Mərdanov Bəylər Eyyubova Prezident tərəfindən dəyər verildiyi üçün bu vəzifəyə təyin olunduğunu deyib:

“Heydər Əliyevdən sonra İlham Əliyev özü də 20 ildən çoxdur ki, Bəylər Eyyubovla bir yerdə işləyir. Hamı bilir ki, Prezidentin mühafizəsinin keşiyində duran şəxs Bəylər Eyyubov olub. Zamanı yetişəndə hamı gördü və bildi ki, onu növbəti dəfə də layiqli vəzifəyə təyin etdi”.

Sabiq nazirin sözlərinə görə, bundan sonra da Bəylər Eyyubov ölkə başçısının yanında olacaq:

“O, yenə də İlham Əliyevin ətrafında öz işini davam etdirəcək. Allah Bəylər Eyyubova uzun ömür versin. Onu təbrik edirəm, yeni işində uğurlar diləyirəm”.

Tarix
2025.07.02 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama...

Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video

Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə

AB-dən Əliyev-Paşinyan görüşünü reaksiya

Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki...

Rusiyanın dronu səfirliyimizin yaxınlığına düşdü - Foto

Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü

Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN

İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili

Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »