Yuxarı

Bakıda sürücüləri narazı salan yol: məsafə uzanıb... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı-Sumqayıt yolunun başlanğıcında yeni qoyulan yol nişanı sürücülərin narazılığına səbəb olub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, yol nişanı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin məcburi olaraq sağa dönməsini tələb edən nişan sürücülərin yolunun uzanmasına və yolda sıxlığın yaranmasına səbəb olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə yol hərəkətinin təşkili ilə bağlı yenilik edilməyib.

"Ərazidəki ("4.1.2" Sağa hərəkət) yol nişanı əvvəldən mövcud olub, tərəfimizdən sadəcə yol nişanlanma xətləri yenilənib. Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində vətəndaşların müraciəti ilə bağlı müvafiq təhlillər aparılacaq. Yəhya Hüseynov küçəsindən, Biləcəri qəsəbəsindən yol ötürücüsünün altı istiqamətində düzünə hərəkətin təşkili, yol kəsişməsinin işıqforla tənzimlənməsi aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkün ola bilər", - açıqlamada vurğulanıb.

Tarix
2025.06.30 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »