Yuxarı

Keçmiş polis qayınanasını, arvadını və baldızını güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da saat 4 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.

Tarix
2025.06.29 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian

İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı

Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi

Rusiyadakı repressiyalar bütün təzahürlərdə... - Hipper

Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb

İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Xankəndidə Əliyevlə Peşezkianın görüşü keçirildi

İlham Əliyevlə Ərdoğan arasında görüş keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »