Yuxarı

Bu çimərliklərə getməyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib:

"Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur".

"Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının "Su Məcəlləsi"nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Tarix
2025.06.19 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »