Yuxarı

Qara kişmişin faydaları...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara kişmiş tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizminə bir çox fayda verir. Onun gündəlik rasiona əlavə olunması immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və orqanizmi zərərli toksinlərdən təmizləyir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, qara kişmişin tərkibində olan dəmir, C vitamini və antioksidantlar qan azlığının qarşısını alır, immun sisteminin fəaliyyətini artırır. Eyni zamanda liflə zəngin olması həzmi yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Bu məhsul bağırsaqların təmizlənməsində də mühüm rol oynayır.

Qara kişmişdəki təbii şəkərlər bədəni tez bir zamanda enerji ilə təmin edir. Bu səbəbdən yorğunluq və halsızlıq hiss edən şəxslərə tövsiyə olunur. Tərkibindəki kalsium və bor elementi isə sümük toxumasını gücləndirərək osteoporoz riskini azaldır.

Həmçinin antioksidantlarla zəngin olan bu məhsul dəri və saç sağlamlığına da müsbət təsir göstərir. Dərinin erkən qocalmasının qarşısını alır, saç tökülməsini azaldır və saçların güclənməsinə yardım edir.

Mütəxəssislər qara kişmişin faydaları ilə yanaşı, onun miqdarına da diqqət yetirilməli olduğunu vurğulayırlar. Şəkər tərkibi yüksək olduğu üçün gündəlik normanı aşmaq kilo alma və şəkər səviyyəsinin artmasına səbəb ola bilər. Xüsusilə diabet xəstələrinin bu məhsulu həkim məsləhəti ilə qəbul etməsi tövsiyə edilir.

Qida sahəsində aparılan araşdırmalar qara kişmişin sağlam həyat tərzi üçün təbii və təsirli bir dəstək olduğunu göstərir.

Tarix
2025.07.07 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili

Azərbaycan diplomatları Xankəndidə toplaşır

Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi

Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi

Kurenkov Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »