Yuxarı

Ərəb ölkələri Fələstini öz məqsədləri üçün istifadə edir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ilə İran arasında yaşanan son müharibə Orta Şərqin dərin problemlərini bir daha üzə çıxardı. Bu bölgənin tarixi daim yeraltı sərvətlər, siyasi hakimiyyət uğrunda savaşlar, dini və məzhəbi qarşıdurmalar və Qərb dövlətlərinin müdaxilələri ilə formalaşıb.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

O bildirib ki, fələstinli tarixçi Hanna Batatu isə Orta Şərqin strukturuna fərqli baxış bucağı gətirən nüfuzlu tədqiqatçılardan biridir:

“Onun fikrincə, bölgədəki idarəçi siniflər tarix boyu Qərb dövlətləri ilə əlaqələrini qoruyub saxlayıblar. Ərəb siyasətçiləri Fələstin məsələsindən tez-tez öz legitimliklərini artırmaq üçün istifadə edib.

Batatuya görə, xüsusilə 1960-cı illərdə Orta Şərqdə formalaşan siyasi partiyalar və rəhbər təbəqələr varlı, Qərb təhsili almış elit şəxslər tərəfindən qurulub. Bu qruplar hər zaman İngiltərə, Fransa və ABŞ kimi güclərlə sıx əlaqələr içində olub və regionun siyasi xəritəsi bu münasibətlərə əsasən formalaşıb”.

Batatu xüsusilə vurğulayır ki, Suriya, İraq və Misir kimi ölkələrin liderləri illər ərzində Fələstin məsələsini öz siyasi mövqelərini gücləndirmək üçün vasitə kimi istifadə ediblər. Bu isə bölgədə əsl xalq hərəkatlarının və imperializmə qarşı təbii milli müqavimətin yaranmasına mane olub.

Tarix
2025.06.29 / 10:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »