Yuxarı

İran Rusiyaya uzun müddət yardım etməyəcək - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və İranın atəşkəs elan etdikdən sonra bu vəziyyətin Ukraynadakı müharibəyə təsiri baxımından Rusiyanı narahat etməsi gözlənilən idi.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.

Qeyd olunur ki, İran silahları, xüsusilə kamikadze dronlar Rusiya üçün hərbi əməliyyatlarda çox dəyərli idi. İndi isə bu qədər ciddi məğlubiyyətdən sonra Tehran özünü bərpa etməyə məcbur olacaq və ehtimal ki, xeyli müddət Kremlə Ukraynada yardım göstərə bilməyəcək.

Nəşr bildirir ki, zəiflədilmiş İranın bu gün Rusiyanın hərbi imkanlarına ciddi təsir göstərməsi çətin görünür. Çünki Rusiya artıq ölkə daxilində çox sayda “Şahid” istehsal edir. İran bu məqsədlə ona istehsal texnologiyası, layihələr və təlimlər təqdim etmişdi.

“Ukrayna hesab edir ki, Rusiya müxtəlif mənzilli təxminən 13 000 raket toplayıb və ayda 200-ə qədər raket istehsal edə bilir. Görünən odur ki, Moskva İran raketlərinə ciddi ehtiyac duymur”, - nəşr vurğulayıb.

Tarix
2025.06.26 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçüncü azərbaycanlını da həbs etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »