
Ərdoğan Xankəndiyə səfər edəcək
12:37
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiyadan gələn təhdidi nəzərə alaraq, Almaniya “güc dilini” seçməlidir.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Almaniya hökuməti müdafiəyə yatırımlar edir - bunu ABŞ administrasiyasının tələbinə görə deyil, öz təcrübəsi və inamına əsasən edir. Çünki Rusiya Avroatlantik məkanın təhlükəsizliyi və azadlığına fəal və aqressiv şəkildə təhdid yaradır.
Biz ehtiyatlı olmalıyıq, çünki Rusiya müharibəni Ukraynadan kənarda da davam etdirə bilər. Biz birlikdə o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməyə cəsarət etməsin. Biz Bundesveri Avropanın ən güclü ənənəvi ordusuna çevirəcəyik”, – deyə Merz qeyd edib.
Tarix
2025.06.25 / 09:00
|
Müəllif
Axar.az
|