Yuxarı

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhrəmanmaraşdakı “Azərbaycan məhəlləsi" xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan “Bir millət, iki dövlət” kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.

Axar.az xəbər verir ki, bu sözləri iyunun 19-da Qəhrəmanmaraş şəhərində “Azərbaycan məhəlləsi"nin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.

Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.

“Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm”, - deyən Prezident Ərdoğan Qəhrəmanmaraşın “Azərbaycan məhəlləsi"ni təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.

Türkiyə lideri, həmçinin Qəhrəmanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.

Tarix
2025.06.19 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova

Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »