Yuxarı

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Samvel Karapetyan Ermənistanda saxlanılıb. Bu, həmin şəxsdir ki, Ermənistanın bütün internet, telekommunikasiya və enerji sektoruna nəzarət edir.

Axar.az xəbər verir ki. bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

O xatırladıb ki, 44 günlük müharibədən sonra, Ermənistanın Rusiya ilə münasibətləri gərgin olan zamanlar Rusiyaya məxsus bütün şirkətlərlə bağlı problem yaranmışdı:

“O zaman Rusiyanın “Rostelekom” operatoruna məxsus olan Ermənistanın əsas telekommunikasiya operatoru “GNC Alfa” şirkətinin də bütün səhmlərini məhz həmin bu Samvel Karapetyan 25 milyon dollara almışdı. Samvel “Taşir” Holdinqin və Ermənistan Sahibkarlar Assosiasiyasının rəhbəridir. Ermənistan Elektrik Şəbəkəsi də "Tashir" Holdinqə məxsusdur.

Ermənilərin nəhəng fiqurlarından biridir, milyaderdir. Samvel Karapetyanın adı “Forbes” və “Bluberq”in zəngin biznesmen siyahılarında da xüsusi yer tutur.

Samvel Karapetyan ötən günlər Paşinyanla ciddi konfliktdə olan Erməni Apostol Kilsəsini müdafiə edərək hakimiyyətin kilsəyə qarşı apardığı siyasəti tənqid etmişdi. Rusiyanın siyasi və biznes elitasına yaxın olan bu şəxsin belə açıqlaması təsadüfi ola bilməzdi. Görünür ki, Paşinyan da məhz bu çıxışından sonra ona məxsus olan Ermənistan Elektrik Şəbəkəsini yenidən milliləşdirəcəyini açıqlamışdı. Bundan sonra isə Ermənistan polisi onun evində axtarış apararaq saxlayıb, hazırda ona cinayət işinin açılacağı gözlənilir.

Xatırladıram ki, Samvel Karapetyan 2021-ci ildə Qarabağdakı döyüş əməliyyatları dövründə silah, sursat və hərbi texnika qaçaqmalçılığı təşkil etməkdə ittiham edərək Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.

Ermənistan müxalifəti də onu dəstəkləyir. Bir neçə il öncə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı həbsdən xilas etmək üçün həmin bu Samvel 4 milyon dollar girov qoymuşdu.

Zamanında Ermənistana və “Artsax”a ən böyük investisiya yatıranlardan biri olub.

Beləliklə, Ermənistanın bütün telekommunikasiya, internet və enerji infrastrukturuna sahib olan, Azərbaycanın da axtarışa verdiyi Samvel Karapetyanın saxlanılması ciddi hadisədir”.

Tarix
2025.06.18 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatların Şuşaya səfəri başladı - Video

Paşinyanın tarixi səfəri – Ərdoğandan 3 istəyi var…

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla
OSZAR »